Əsas Səhifə > Qanun > Ramiz Zeynalov vəzifəsindən azad edilməyib? - RƏSMİ
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib? - RƏSMİ2-12-2020, 12:35 |
|
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib. O bildirib ki, idarə rəisi hazırda iş başındadır: "Bununla bağlı yayılan məlumatlar yalandır. İdarə rəisi hazırda vəzifəsini icra edir". Xatırladaq ki, bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilirdi ki, Daxili İşlər naziri, general - polkovnik Vilayət Eyvazovun əmri ilə R. Zeynalov tutduğu vəzifədən azad edilərək yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Rubrika.Az Geri qayıt |