Əsas Səhifə > Səhiyyə > ABŞ-da sutkalıq ölüm sayında rekord qeydə alınıb
ABŞ-da sutkalıq ölüm sayında rekord qeydə alınıb3-12-2020, 13:10 |
![]() ABŞ-da yeni növ koronavirusun yaratdığı xəstəliyin təsirindən ölənlərin sayı son sutkada ən yüksək göstəriciləri keçib. Bu barədə “The New York Times” yazıb. Nəşrin məlumatına görə, son gündə ABŞ-da COVID-19-un yaratdığı fəsadlardan 2 760 nəfər ölüb. Bununla da bu il aprelin 15-də qeydə alınan antirekord (2 752 nəfər) yenilənib. Beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da 13,9 milyondan çox yoluxma qeydə alınıb, 273 316 nəfər virusdan ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir. Rubrika.Az Geri qayıt |