Əsas Səhifə > İdman > Azərbaycan klubunun 10 futbolçusunda COVID-19 aşkarlandı
Azərbaycan klubunun 10 futbolçusunda COVID-19 aşkarlandı4-12-2020, 12:31 |
|
“Keşlə”də koronavirusa kütləvi yoluxma halı qeydə alınıb. Klubdan Oxu.Az-a məlumat verilib ki, 10 futbolçuda koronavirus aşkarlanıb. Lakin klub həmin futbolçuların adlarını açıqlamağı məqbul bilmir. Qeyd edək ki, Azərbaycan Premyer Liqa klublarında koronavirusa kütləvi yoluxma halı qeydə alındığından, bu həftə sonu baş tutmalı olan üç matç təxirə salınıb. Bunların arasında sabah baş tutmalı olan “Keşlə” – “Səbail” matçı da var. Rubrika.Az Geri qayıt |