Əsas Səhifə > Təhsil > DSX-nin Akademiyasına qəbul elan edilib
DSX-nin Akademiyasına qəbul elan edilib7-12-2020, 12:28 |
![]() Dövlət Sərhəd Xidməti (DSX) Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edib. DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaqdır. Namizədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər. Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: ərizə; anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir); tərcümeyi-hal; özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri; attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış; orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti; yaşayış yerindən arayış; doğum haqqında şəhadətnamənin surəti; valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti; 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə). DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər: Hərbi xidmətdə olmayanlar üçün: 2021-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır. Hərbi xidmətdə olanlar üçün: DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır. Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar. Sənədlər DSX-nin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşənhərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir. Əlaqə nömrələri: 012–372–16–20 / 012-493-62-47 Sənədlər 2021-ci ilin mart ayının 30-dək qəbul ediləcək. Rubrika.Az Geri qayıt |