Əsas Səhifə > RubrikaTV Video > "Kurtlar Vadisi"nin aktyoru: "Nə oldu, Paşinyan?" – Video

"Kurtlar Vadisi"nin aktyoru: "Nə oldu, Paşinyan?" – Video


7-12-2020, 12:34
"Kurtlar Vadisi"nin aktyoru: "Nə oldu, Paşinyan?" – Video

Türkiyəli aktyor Zafer Algöz "Youtube"da yayımlanan verilişində Ermənistanın Baş naziri Nikol Paşinyanı ələ salıb.

Sənətçi söhbət zamanı Prezident İlham Əliyevdən sitat gətirərək "Nə oldu, Paşinyan? Yol çəkirdin, hə? Rəqs edirdin, Paşinyan, nə oldu?", - deyə bildirib.
Sənətçinin bu sözləri digər aparıcı tərəfindən gülüşlə qarşılanıb.

Qeyd edək ki, Z.Algöz tamaşaçılara "Kurtlar Vadisi Pusu" serialından tanışdır. O, həmçinin Cem Yılmazla bir neçə məşhur filmdə rol alıb.

O, daim Azərbaycan mahnılarına olan sevgisi ilə diqqət çəkib.



Rubrika.Az
Geri qayıt