Əsas Səhifə > Araşdırma > Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, icra başçısının saxlanıldığı bildirilir

Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, icra başçısının saxlanıldığı bildirilir


7-12-2020, 12:41
Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, icra başçısının saxlanıldığı bildirilir

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirilir.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar var.

Saxlanılanlar arasında Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovun da olduğu bildirilir.

Saxlanılanlar korrupsiya və rüşvət əməllərində təqsirli bilinir.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Cəlilabad RİH-də əməliyyat keçirməsi barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb.(APA)

Rubrika.Az
Geri qayıt