Əsas Səhifə > Aktual > Şuşaya alternativ mənbədən içməli su veriləcək
Şuşaya alternativ mənbədən içməli su veriləcək7-12-2020, 16:50 |
|
Şuşa şəhərinə 2-ci (alternativ) mənbədən içməli su kəməri bərpa edilir. Rubrika.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. “Yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir, bu həftə oradan içməli su Şuşaya çatacaq”, - o qeyd edib. Xatırladaq ki, səhmdar cəmiyyəti Şuşaya içməli suyun verilməsinə noyabrın 25-də başlayıb. Rubrika.Az Geri qayıt |