Əsas Səhifə > Dünya > 2020-ci ilin noyabrı meteoroloji müşahidələr tarixinin ən istisi kimi qeydə alınıb
2020-ci ilin noyabrı meteoroloji müşahidələr tarixinin ən istisi kimi qeydə alınıb8-12-2020, 09:15 |
|
Cari ilin noyabr ayı ötən ilin temperatur maksimumunu qıraraq yeni dünya rekorduna imza atıb. “Arqumentı i faktı”nın məlumatına görə, bu barədə Avropa İttifaqının Yer kürəsinin monitorinqi üzrə “Copernicus” fəza proqramının materiallarında deyilir. “Qlobal miqyasda 2020-ci ilin noyabr ayı meteoroloji müşahidələr tarixinin ən isti noyabrı oldu”, - deyə məlumatda bildirilir. Mütəxəssislərin fikrincə, bu ay 1981-ci ildən 2010-cu ilədək noyabr aylarında orta göstəricidən 0,77 dərəcə isti olub. Bu il temperatur əvvəlki rekordların qeydə alındığı 2016 və 2019-cu ilin noyabr aylarına nisbətən 0,13 dərəcə yüksək olub. Noyabr ayı üçün anormal yüksək temperatur Sibirdə, Şimal Buzlu Okeanda, Alyaskada və Kanadanın şimal-qərbində qeydə alınıb. Tibet Yaylası və Şərqi Antarktida arasında göstəricilər də orta səviyyədən yüksək olub. Rubrika.Az Geri qayıt |