Əsas Səhifə > Qalmaqal > Neftçalada 47 yaşlı kişi bıçaqlanıb

Neftçalada 47 yaşlı kişi bıçaqlanıb


8-12-2020, 10:03
Neftçalada 47 yaşlı kişi bıçaqlanıb

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bankə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Piriyev Rövşən Əlisahib oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt