Əsas Səhifə > Siyasət > Ərdoğan sabah Azərbaycana gələcək

Ərdoğan sabah Azərbaycana gələcək


8-12-2020, 17:05
Ərdoğan sabah Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah (dekabrın 9-da) Azərbaycana səfər edəcək.

Bu barədə məlumatı TRT Haber yayıb.
Məlumata görə, dövlət başçısının Azərbaycana səfəri iki gün davam edəcək.
Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağla bağlı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq.
Prezidentlər atəşkəs prosesinin detallarını ətraflı formada qiymətləndirəcəklər.
Hər iki lider atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı son vəziyyəti də müzakirə edəcəklər.
Eyni zamanda, Azərbaycan və Türkiyənin birgə atacağı addımlar haqqında danışıqlar aparılacaq.

Rubrika.az
Geri qayıt