Əsas Səhifə > Cəmiyyət > Komadan ayılmayan baş leytenantımız şəhid oldu
Komadan ayılmayan baş leytenantımız şəhid oldu10-12-2020, 10:24 |
|
Vətən Müharibəsində yaralanan əsgərlərdən biri şəhid olub. Qafqazinfo-nun verdiyi xəbərə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb. Dekabrın 8-də isə komadan ayılmayaraq, şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanlı kəndindən olub. Şəhidlik zirvəsinə yüksələn zabitimiz İkinci Fəxri Xiyabanda dəfn edilib. Rubrika.Az Geri qayıt |