Əsas Səhifə > Səhiyyə > İranda sutka ərzində 295 nəfər koronavirusdan ölüb

İranda sutka ərzində 295 nəfər koronavirusdan ölüb


9-12-2019, 17:55
İranda sutka ərzində 295 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 10 223 nəfər koronavirusa (COVID-19) yoluxub.

Rubrika.Az xəbər verir ki, bununla da İranda bu virusa yoluxanların sayı 1 072 620 nəfərə yüksəlib.

Virus daşıyıcılarından 5 779 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda ötən 24 saat ərzində 295 nəfər koronavirusdan ölüb. Beləliklə ölkədə bu virusdan ölənlərin sayı 51 212 nəfərə çatıb.

İranda indiyədək 765 639 nəfər koronavirusdan sağalıb.

Ölkədə indiyədək 6,52 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda 64 rayon qırmızı, 278 rayon narıncı və 106 rayon sarı zona elan olunub.

Rubrika.Az
Geri qayıt