Əsas Səhifə > Manşet > Moldoviyadakı həmyerlilərimiz redaksiyamıza müraciət etdi: «Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir»

Moldoviyadakı həmyerlilərimiz redaksiyamıza müraciət etdi: «Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir»

10-12-2020, 12:55

Azərbaycan tarixinin ən şərəfli günlərini yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman əsgərlərimiz işğal altında olan torpaqlarımızı yağı tapdağından xilas etdi. Cəbhədə misilsiz qəhrəmanlıq dastanı yaradan əsgərlərimiz illərlə sinəmizdə qövr edən faciələrimizin qisasını artıqlaması ilə aldı. Erməni vandalları tərəfindən xarabazara çevrilən yurd yerlərimiz nəfəsimizlə isindi.

Uzun illər cənab Prezident tərəfindən aparılan siyasi xətt bu gün öz nəticələrini verdi. İt araba kölgəsində yatıb öz kölgəsiymiş kimi hünərləndiyi kimi, ermənilər də havadarlarına güvənərək bütün danışıqlar prosesini dayandırmış, ölkəmizlə hədə dilində danışmağa başlamışdılar. Amma, bu dəfə Azərbaycan xalqının polad yumruğu ilə üzləşərək rüsvayçı şəkildə məğlub oldular. 27 sentyabr günü bütün xalq bir ürək kimi birləşdi- “hər şey qələbə üçün” deyərək savaşa başladı. Bu savaşın taleyini müzəffər Ali Baş Komandan və qəhrəman əsgər həll etdi.

Qazanılan hərbi qələbələrlə bərabər cənab Prezident qüsursuz xarici siyasət yürüdərək bütün dünyanı Azərbaycan həqiqətləri ilə tanış etdi, erməni yalanlarını ifşa etdi. Savaşdan sonra məğlub olmuş erməni faşizmi öz yalan və iftira xislətinə uyğun olaraq dövlətimiz haqqında növbəti kompaniya başladıb. Belə bir vəziyyətdə xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimizin,konsulluqlarımızın, eləcə də diaspora təşkilatlarının üzərinə ikiqat yük düşür. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün daha artıq məsuliyyətlə çalışmaq lazımdır. Cəbhədə qazandığımız qələbəni siyasi müstəvidə qorumaq lazımdır.

Azərbaycan və Moldova arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılıb. 2005-ci ildən isə bu ölkədə səfirliyimiz fəaliyyət göstərir. Etiraf edək ki, yalnız son vaxtlar iki ölkə arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün xeyli iş görülüb.

Rubrika.Az saytına Moldovada yaşayan həmyerlilərimiz tərəfindən verilən məlumata görə, səfirliyimizin yeni binası artıq istifadəyə verilməkdədir. Əvvəllər kiçik, şəraitsiz binada yerləşən səfirliyimiz artıq müasir,bütün infrostruktur ilə təmin edilən binada fəaliyyət göstərəcək. Həmyerlilərimiz bildirir ki, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov Vətən müharibəsi dövründə çox gərgin iş qrafikində çalışıb, Azərbaycan həqiqətlərinin moldovalılara çatdırılması üçün bütün mümkün tədbirləri görüb. Ermənilər xalqımız haqqında iftira dolu məlumatlar yaymağa çalışarkən səfirliyimiz qətiyyətlə bunların qarşısını alıb.

Moldovada yaşayan həmyerlilərimiz bildirir ki, səfirliyimiz hər zaman onları diqqət mərkəzində saxlayıb. Problemlərinin, çətinliklərinin həll olunmasına yardım edib. “Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir. Möhtəşəm qələbə günlərində bu bizim üçün əslən bayram hədiyyəsi oldu. Dövlət siyasətinin həyata keçirilməsində göstərdiyi qətiyyətə, bizlərə göstərdiyi qayğıya görə Qüdsi müəllimə minnətdarlıq edirik”.

Həmyerlilərimizin dediyi bu sözlər bir daha sübut edir ki, dost Moldovada xarici siyasət kursumuz ləyaqətlə həyata keçrilir. Arzu edirik ki, qürbət ölkələrdə yaşayan həmyerlilərimiz hər zaman qələbə xəbərlərimizə sevinsinlər!

Moldoviyadakı həmyerlilərimiz redaksiyamıza müraciət etdi: «Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir»
Moldoviyadakı həmyerlilərimiz redaksiyamıza müraciət etdi: «Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir»
Moldoviyadakı həmyerlilərimiz redaksiyamıza müraciət etdi: «Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir»
Moldoviyadakı həmyerlilərimiz redaksiyamıza müraciət etdi: «Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir»
Moldoviyadakı həmyerlilərimiz redaksiyamıza müraciət etdi: «Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir»
Moldoviyadakı həmyerlilərimiz redaksiyamıza müraciət etdi: «Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir»
Moldoviyadakı həmyerlilərimiz redaksiyamıza müraciət etdi: «Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir»
Moldoviyadakı həmyerlilərimiz redaksiyamıza müraciət etdi: «Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir»
Moldoviyadakı həmyerlilərimiz redaksiyamıza müraciət etdi: «Biz səfirliyimizi öz doğma evimiz və ata ocağımız hesab edirik. Onun yeni binasının tikilməsi və Qələbə Paradı bizim üçün ikiqat sevincdir»

NİCAT MAHMUDOV
Rubrika.Az

Geri qayıt