Əsas Səhifə > RubrikaTV Video > Zəfər paradında “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub -VIDEO
Zəfər paradında “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub -VIDEO10-12-2020, 15:22 |
|
Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib. PUA-ları daşıyan avtomobillər Azadlıq meydanında tribunanın önündən keçib. Paradda Azərbaycanın istehsal etdiyi “İtiqovan” zərbə PUA-ları nümayiş olunub. Daha sonra Vətən müharibəsində düşməni lərzəyə salan, düşmənə sarsıdıcı, dağıdıcı zərbələr vuran ən müasir PUA-lar olan “Bayraktar” və “Harop” Azadlıq meydanına daxil olub. Rubrika.az Geri qayıt |