Əsas Səhifə > Aktual > Almaniyada koronavirusa ən yüksək gündəlik yoluxma qeydə alındı
Almaniyada koronavirusa ən yüksək gündəlik yoluxma qeydə alındı11-12-2020, 09:13 |
|
Yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan və hökuməti məlumatlandıran “Robert Koch” institutunun açıqlamasına görə, son 24 saat ərzində Almaniyada 23 679 nəfərə koronavirus diaqnozu qoyulub. Ölkədə ümumi xəstəlik sayı 1 242 203-ə yüksəlib. COVID-19-dan bu günə qədər sağalmış insanların sayı 922 100 nəfər qeyd edilib. Son 24 saat ərzində virus səbəbiylə 440 nəfərin ölümü ilə ölkədə ümumi can itkisi 20 372-yə yüksəlib. Almaniya kansleri Angela Merkel son çıxışında yoluxma sayı ilə bağlı vəziyyətlə əlaqədər tədbirlərin sərtləşdiriləcəyini bildirib. Rubrika.Az Geri qayıt |