Əsas Səhifə > Dünya > Putinin “Qiyamət günü təyyarəsi”ndə oğurlanan avadanlıqlarla bağlı açıqlama
Putinin “Qiyamət günü təyyarəsi”ndə oğurlanan avadanlıqlarla bağlı açıqlama11-12-2020, 09:23 |
|
İl-80 təyyarəsinin yük hissəsindən naməlum şəxslər tərəfindən oğurlanan avadanlıq köhnə olub və dəyişdirilməli idi. Bu barədə “İnterfaks” öz mənbəsinə istinadən xəbər verib. Bildirilir ki, oğurlanan avadanlıqların vaxtı bitmişdi. O da məlumdur ki, təyyarə fəaliyyət göstərməyə davam edəcək. Xatırladaq ki, aerodromda təyyarənin qarət olunması barədə məlumat dekabrın 7-də yayılıb. Naməlum şəxslər İl-80-də 30-dan artıq quraşdırılmış radiostansiyanı oğurlayıblar. Təyyarə modernləşdirmə məqsədilə Taqanroqun cənubundakı aerodroma gətirilibmiş Qeyd edək ki, “Qiyamət günü təyyarəsi” də adlandırılan hava komandanlığı məntəqəsi İl-80 məxfi təyyarə sayılır. Onun əsas təyinatı iri miqyaslı münaqişələr zamanı yüksək rütbəli şəxslərin, hərbi rəhbərliyin təxliyyəsini həyata keçirmək, onların təhlükəsizliyini təmin etməkdir Rubrika.Az Geri qayıt |