Əsas Səhifə > Dünya > Rusiyanın bütün bölgələrində koronavirusa qarşı kütləvi peyvəndləmə başlayacaq
Rusiyanın bütün bölgələrində koronavirusa qarşı kütləvi peyvəndləmə başlayacaq11-12-2020, 09:39 |
|
Rusiyanın bütün bölgələrində bu həftənin sonuna qədər (13 dekabradək) koronavirus infeksiyasına qarşı kütləvi peyvəndləmə başlayacaq. Bu barədə “İnterfaks” Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikovanın ofisinə istinadən xəbər verir. Qeyd edilir ki, baş nazirin müavini artıq ölkənin bölgələri ilə peyvəndləməyə başlamağa hazırlıq məsələlərini müzakirə edib. “İclasda bütün bölgələr peyvəndləməyə hazır olduqlarını açıqladı. Bu həftənin sonunadək peyvənd bütün bölgələrdə istifadəyə veriləcək”, - məlumatda bildirilir. Rubrika.Az Geri qayıt |