Əsas Səhifə > Dünya > Erməni etirazçılar metronu ələ keçirdi

Erməni etirazçılar metronu ələ keçirdi


11-12-2020, 12:11
Erməni etirazçılar metronu ələ keçirdi

Ermənistanda kütləvi itaətsizlik aksiyası bu gün də davam edib.

Rubrika.Az yenisabah.az-a istinadən xəbər verir ki, səhər saatlarında aksiya iştirakçıları İrəvan metrosunun fəaliyyətini iflic ediblər. Metro təxminən 1 saat fəaliyyətsiz qalıb.

İrəvan Metropoliteninin mətbuat xidmətinin rəhbəri Tatev Xaçatryan faktı təsdiqləyib.

"Saat 09: 08-də “Qortsaranain” stansiyasında aksiya iştirakçıları metronun işini iflic etdilər. Yalnız 09.45-də yeraltı nəqliyyatın fəaliyyətini bərpa etmək mümkün oldu”, - deyə bi bildirib.

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana dekabrın 8-nə qədər vaxt vermişdi. O bu müddət ərzində istefa verməli idi. Müxalifət bəyan etmişdi ki, əks təqdirdə vətəndaşları kütləvi itaətsizliyə səsləyəcəklər.

Paşinyan müxalifətin tələblərinə məhəl qoymadığına görə dekabrın 8-dən etibarən Ermənistanın paytaxt İrəvan da daxil olmaqla bütün bölgələrində kütləvi itaətsizlik aksiyası keçirilir.

Rubrika.Az
Geri qayıt