Əsas Səhifə > Cəmiyyət > Ər-arvad dəm qazından zəhərlənib öldü

Ər-arvad dəm qazından zəhərlənib öldü


11-12-2020, 12:26
Ər-arvad dəm qazından zəhərlənib öldü

Xaçmaz rayonunda dəm qazı iki nəfərin ölümünə səbəb olub.

Rubrika.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qobuqıraq kəndində qeydə alınıb.

Kənd sakinləri, 64 yaşlı Vəlibəyov Balaverdi Qərib oğlunun və həyat yoldaşı, 66 yaşlı Vəlibəyova Nəsibə Xanlar qızının yaşadıqları evdə meyitləri tapılıb.

Onların dəm qazından zəhərlənərək öldüyü bildirilib.

Rubrika.Az
Geri qayıt