Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 44 nəfər koronavirusdan öldü: 3112 yeni yoluxma - FOTO
Azərbaycanda daha 44 nəfər koronavirusdan öldü: 3112 yeni yoluxma - FOTO14-12-2020, 17:53 |
|
Azərbaycanda koronavirusa (COVID-19) 3112 yeni yoluxma faktı qeydə alınıb, 2923 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 44 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 62 179 nəfərə çatıb. Ölkədə son sutka ərzində 10 045, hazırkı dövrədək isə 1 963 348 test aparılıb. Ümumi ölənlərin sayı 1 966 nəfərdir. Ümumi yoluxanların sayı 178 986 nəfər, ümumi sağalanların sayı 114 841 nəfərdir. Rubrika.az Geri qayıt |