Əsas Səhifə > Səhiyyə > Dünyada həftəlik yoluxmada rekord göstərici
Dünyada həftəlik yoluxmada rekord göstərici16-12-2020, 11:28 |
|
Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 4 329 927 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir. Rubrika.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Son 7 gündə ölənlərin sayı isə 70 476 nəfər artıb. Həftəlik yoluxma üzrə daha əvvəlki antirekord 16-22 noyabr tarixləri aralığında qeydə alınmışdı (4 060 891). Qeyd edək ki, dünyada ümumilikdə 73 milyondan çox insan koronavirusa yoluxub, 1,6 milyondan çox insan bu virusdan dünyasını dəyişib. Rubrika.Az Geri qayıt |