Əsas Səhifə > Səhiyyə > Vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb
Vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb16-12-2020, 16:29 |
|
Azərbaycanda ilkin olaraq koronavirusa qarşı vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb. Yenisabah.az xəbər verir ki, bu barədə Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev məlumat verib. O bildirib ki, ilk olaraq tibb sahəsində çalışanlar vaksinasiya olunacaq: “Çünki onlar onlarla infeksiya ilə üzbəüzdürlər. Onların bu xəstəliyə yoluxma riskləri olduqca böyükdür. Daha sonra isə yaşı 65-dən çox olan şəxslər vaksinasiya olunacaq. Eyni zamanda müxtəlif xəstəliyi olan şəxslər də vaksinasiya ediləcək”. O həmçinin qeyd edib ki, hamiləliyin bəlli bir müddətindən sonra hamilə qadınlar da vaksinasiya oluna bilər. (Report) Rubrika.Az Geri qayıt |