Əsas Səhifə > Dünya > Braziliya prezidenti: “Peyvənd olunmayacağam”
Braziliya prezidenti: “Peyvənd olunmayacağam”17-12-2020, 09:45 |
|
Braziliya Prezidenti Jair Bolsonaro koronavirus infeksiyasına qarşı peyvənd olunmayacaq. Bu barədə dövlət başçısı Band TV kanalının efirində elan edib. “Peyvənd olunmayacağam və nöqtə. Həyatım təhlükədədir? Bu, mənim problemimdir”, - deyə o bildirib. Siyasətçi peyvəndlərin məcburi ola bilməyəcəyini deyərək, bunun könüllü şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, Braziliya lideri COVID-19-dan qorunma vasitəsi olaraq maska taxmağın effektivliyinə də inanmadığını vurğulayıb. Rubrika.Az Geri qayıt |