Əsas Səhifə > Siyasət > Azərbaycan XİN rəhbəri Brüsselə getdi

Azərbaycan XİN rəhbəri Brüsselə getdi


17-12-2020, 09:47
Azərbaycan XİN rəhbəri Brüsselə getdi

Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə yollanıb.

Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, XİN rəhbəri Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək üçün Brüsselə gedib.

Səfər çərçivəsində Avropa İttifaqı və Belçika Krallığı rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi gözlənilir.

Rubrika.Az
Geri qayıt