Əsas Səhifə > Aktual > Rüşvət almaqda təqsirləndirilən sabiq rəis həbs edildi
Rüşvət almaqda təqsirləndirilən sabiq rəis həbs edildi18-12-2020, 13:12 |
|
Binəqədi rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Oruc Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb. Rubrika.Az APA-ya istinadən xəbər verir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, O. Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Rubrika.Az Geri qayıt |