Əsas Səhifə > Səhiyyə > İranda sutka ərzində 178 nəfər koronavirusdan ölüb

İranda sutka ərzində 178 nəfər koronavirusdan ölüb


18-12-2020, 16:53
İranda sutka ərzində 178 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 178 nəfər koronavirusdan (COVID-19) ölüb.

Rubrika.Az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 53 273 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 7 121 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 145 651 nəfərə çatıb. Virus daşıyıcılarından 5 627 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 865 472 nəfər koronavirusdan sağalıb, 6,94 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda 12 rayon qırmızı, 288 rayon narıncı və 148 rayon sarı zona elan olunub.(yenisabah.az)

Rubrika.Az
Geri qayıt