Əsas Səhifə > Səhiyyə > ÜST COVID-19-un yeni növü barədə məlumatları şərh edib
ÜST COVID-19-un yeni növü barədə məlumatları şərh edib21-12-2020, 14:53 |
|
Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) koronavirusun yeni ştamlarının ölümə təsiri barədə heç bir dəlil yoxdur. Rubrika.az xəbər verir ki, bu barədə ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuinoviç bildirib. “İndi heç bir dəlil yoxdur, bunun patogenliyə, xəstəyin ağırlıq dərəcəsinə, ölümə təsir etdiyini söyləmək üçün kifayət qədər məlumat yoxdur”, - o deyib. Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın Baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib. Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib. ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib. (Report) Rubrika.Az Geri qayıt |