Əsas Səhifə > Səhiyyə > Azərbaycanda COVID-19-a 1505 yeni yoluxma qeydə alınıb, 43 nəfər vəfat edib
Azərbaycanda COVID-19-a 1505 yeni yoluxma qeydə alınıb, 43 nəfər vəfat edib21-12-2020, 17:21 |
|
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1505 yeni yoluxma faktı qeydə alınıb, 3028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rubrika.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 203 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 383 , bu günə qədər isə ümumilikdə 2 073 137 test icra olunub. Rubrika.Az Geri qayıt |