Əsas Səhifə > Dünya > Nikolun əlini sıxmayan keşiş bunu sübut etdi - Şərh
Nikolun əlini sıxmayan keşiş bunu sübut etdi - Şərh23-12-2020, 11:17 |
|
Erməni Qriqorian Kilsəsi dini inancın yox, erməni millətçiliyinin təcəssümüdür. Bu sözləri Axar.az-a politoloq Elçin Mirzəbəyli son günlər Ermənistanda baş verən siyasi proseslərə Erməni Qriqorian Kilsəsinin də qarışması haqda danışarkən deyib. O bildirib ki, Sisian şəhərində ibadət üçün kilsəyə daxil olan Nikol Paşinyanın keşişə uzanan əlinin havada qalması təkcə onun nüfuzunun aşağı olması ilə bağlı deyil: “Bu hadisə həm də Erməni Qriqorian Kilsəsinin ifrat dərəcədə siyasiləşdiyinin göstəricisidir. Çünki xristian ənənələrində kilsəyə daxil olan insanlara münasibətdə ayrı-seçkiliyə yol verilməsi qəbul olunmur. Erməni Qriqorian Kilsəsi son 200 il ərzində xristianlığın digər məzhəblərindən fərqli olaraq, bu dinin vahid dəyərlərinin deyil, erməniliyin, erməni identikliyinin təbliğatçısı olub. Qriqorian kilsəsi tarixin bütün mərhələlərində məbəddən daha çox ultramillətçi, irqçi ideyaların ideoloji mərkəzi rolunu yerinə yetirib. Bu baxımdan Qriqorian kilsəsinin “Qnçak” və “Daşnaksütyun” kimi terror təşkilatlarından bir o qədər də fərqi yoxdur Rubrika.Az Geri qayıt |