Əsas Səhifə > Dünya > Ermənilər gecəni meydanda keçirdi

Ermənilər gecəni meydanda keçirdi


23-12-2020, 09:25
Ermənilər gecəni meydanda keçirdi

Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçıların bir hissəsi meydanda gecələyib.

Rubrika.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, müxalifət liderləri ölkə boyunca itaətsizlik və etiraz aksiyalarının davam etdiriləcəyini bildirirlər.

Gün ərzində Hökumət Evi ilə yanaşı Baş Prokurorluq, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binaları etirazçıların mühasirəsində qalıb. Lakin axşama doğru onlar "müvəqqəti olaraq" inzibati binalar ətrafından geri çəkiliblər.

Etirazlar Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanat imzalandıqdan sonra başlayıb.

Rubrika.Az
Geri qayıt