Əsas Səhifə > Cəmiyyət > Bakıda köşkdə yanğın olub, ölən var

Bakıda köşkdə yanğın olub, ölən var


24-12-2020, 12:00
Bakıda köşkdə yanğın olub, ölən var

Bakıda köşkdə yanğın hadisəsi baş verib.

Bu barədə Rubrika.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Rubrika.Az
Geri qayıt