Əsas Səhifə > Gündəm > Səfərbərliklə çağırılan hərbçilərin tərxisinə başlanıldı (SƏRƏNCAM)
Səfərbərliklə çağırılan hərbçilərin tərxisinə başlanıldı (SƏRƏNCAM)25-12-2020, 10:47 |
|
Prezident İlham Əliyev səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb. Rubrika.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək. Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandıracaq. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Rubrika.az Geri qayıt |