Əsas Səhifə > İdman > Messinin zədəsi açıqlandı: Növbəti oyunu buraxacaq

Messinin zədəsi açıqlandı: Növbəti oyunu buraxacaq


28-12-2020, 08:51
Messinin zədəsi açıqlandı: Növbəti oyunu buraxacaq

“Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi İspaniya çempionatının 16-cı turunda “Eybar”a qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.

Bununla bağlı Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Messi sağ ayağını zədələyib. O, bir neçə gün sonra yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, “Barselona” - “Eybar” matçı dekabrın 29-da baş tutacaq.

Rubrika.az
Geri qayıt