Əsas Səhifə > Təhsil > Karantin qaydalarını pozan direktor işdən çıxarıldı - VİDEO

Karantin qaydalarını pozan direktor işdən çıxarıldı - VİDEO


28-12-2020, 15:10
Karantin qaydalarını pozan direktor işdən çıxarıldı - VİDEO

Bakıda karantin qaydalarını pozaraq özünə ad günü keçirən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova işdən azad edilib.

Rubrika.Az bildirir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, bu barədə təhsil naziri müvafiq əmr imzalayıb:

“Əmrə əsasən, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib”.

Videonu izləmək üçün linkə daxil olun:

https://baku.tv/az/cemiyyet/30669/

Rubrika.Az
Geri qayıt