Əsas Səhifə > Səhiyyə > Moskvada koronavirusdan ölənlərin sayı 11 mini keçdi
Moskvada koronavirusdan ölənlərin sayı 11 mini keçdi29-12-2020, 09:50 |
|
Moskvada koronavirusa yoluxmuş və yanaşı xəstəliyi olan daha 75 nəfər dünyasını dəyişib. Rubrika.Az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 11 064-ə çatıb. Qeyd edək ki, Moskvada indiyədək 792 457 insanda (son sutkada 6253 nəfər) koronavirus aşkar olunub, daha 609 770 nəfər isə müalicə olunaraq sağalıb. Rubrika.Az Geri qayıt |