Əsas Səhifə > Səhiyyə > Koronavirusun “Britaniya ştammı” okeanı aşdı
Koronavirusun “Britaniya ştammı” okeanı aşdı30-12-2020, 09:59 |
|
ABŞ-ın Kolorado ştatında mütəxəssislər koronavirusun bundan əvvəl Böyük Britaniyada aşkarlanan yeni ştammına yoluxma halı qeydə alıblar. RT-nin məlumatına görə, bu barədə ştatın qubernatoru Cared Polis açıqlama verib. Koronavirusun bu ştammına yoluxma ölkədə ilk dəfədir ki, qeydə alınıb. Qubernatorun dediyinə görə, xəstə 20-29 yaş arasında kişidir. O, təcrid olunub. Məlumatlara görə, son vaxtlarda o, uzaq səfərlər etməyib. Rubrika.Az Geri qayıt |