Əsas Səhifə > Yaddaş > 30 dekabr: SSRİ-nin yaranması, Vyetnamdakı bombardımanın dayandırılması və...
30 dekabr: SSRİ-nin yaranması, Vyetnamdakı bombardımanın dayandırılması və...30-12-2020, 11:23 |
|
Tarixdə bu gün hansı hadisələr baş verib? Dekabrın 30-da baş verən ən mühüm hadisələrin xronlogiyasını təqdim edirik: 533 - Roma İmperiyasında "Yustinian qanunları" qüvvəyə minib. 1898 - Gülhanə Hərbi Tibb Məktəbi açılıb. 1922 - SSRİ-də I Sovetlər qurultayı keçirilib. Sovet Sosialist Respublikaları İttifaqı təsis edilib. 1922 - Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri (ZSFSR-dən) seçilib. 1972 - ABŞ prezidenti Riçard Nikson Amerikanın Vyetnamdakı bombardmanlarını dayandırmaq barədə göstəriş verib. 1989 - Gəncənin tarixi adı XX əsrdə ikinci dəfə bərpa olunub. 1999 - Türkiyə Apelyasiya məhkəməsi edam cəzasına məhkum edilmiş terrorçu Abdullah Öcalanın şikayətini rədd edib.(yenisabah) RUBRİKA.AZ Geri qayıt |