Əsas Səhifə > Səhiyyə > Azərbaycanda koronavirusdan daha 34 nəfər öldü: 1052 yeni yoluxma
Azərbaycanda koronavirusdan daha 34 nəfər öldü: 1052 yeni yoluxma30-12-2020, 17:42 |
|
Azərbaycanda koronavirusa (COVID-19) 1 052 yeni yoluxma faktı qeydə alınıb, 4 067 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Rubrika.Az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 34 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 34 732 nəfərə çatıb. Ölkədə son sutka ərzində 10 904, hazırkı dövrədək isə 2 185 247 test aparılıb. Ümumi ölənlərin sayı 2 609 nəfərdir. Ümumi yoluxanların sayı 217 636 nəfər, ümumi sağalanların sayı 180 295 nəfərdir. Rubrika.Az Geri qayıt |