Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 803 nəfərdə koronavirus aşkarlanıb, 30 nəfər ölüb
Azərbaycanda daha 803 nəfərdə koronavirus aşkarlanıb, 30 nəfər ölüb3-01-2021, 18:34 |
|
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 843 nəfər müalicə olunaraq sağalıb, 2 733 nəfər vəfat edib. Hazırda 22 689 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 200, bu günə qədər isə ümumilikdə 2 210 426 test icra olunub. Rubrika.Az Geri qayıt |