Əsas Səhifə > Siyasət > Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi4-01-2021, 12:57 |
|
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Rubrika.Az xəbər verir ki, sərəncama əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurası aşağıdakı tərkibdədir: Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti. Rubrika.Az Geri qayıt |