Əsas Səhifə > Qalmaqal > "Irshad Electronics"də endirim fırıldağı... - NARAZILIQ!
"Irshad Electronics"də endirim fırıldağı... - NARAZILIQ!4-01-2021, 13:37 |
![]() "Şikayətim "Irshad Electronics"dəndir. Məhsullara onsuz da nağd alışda ilboyu endirim olur". Rubrika.Az dia.az-a istinadla bildirir ki, bu barədə Bakı sakini Tale Məmmədov şikayətində qeyd edir. Daha sonra narazıl vətəndaş yazır: "Hal-hazırda yeni il kampaniyası adı altında müəyyən bir məhsulu 100 azn endirimdəymiş kimi göstərirlər, halbuki kampaniyadan əvvəl də o məhsulu 100 azn endirimlə ala bilirdik, nağd alışda. Sual yaranır, onda nə üçün bu yeni il kampaniyası adlandırılır? Hələ bir “3 yanvaradək” də yazıblar. 3 yanvaradək yeni il kampaniyası adı altında 100 azn endirim, daha sonra nağd alışda 100 azn endirim. Möhtəşəm dəyişiklik..." İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Rubrika.Az Geri qayıt |