Əsas Səhifə > RubrikaTV Video > Laçın: Məğrur rayonun hekayəsi - VİDEO
Laçın: Məğrur rayonun hekayəsi - VİDEO4-01-2021, 15:17 |
|
Laçın rayonunun adını eşidəndə həsrət ruhlu mahnılar qulaqlarda səslənir. Gözlər önündə rayonun gözəl təbiəti, başı qarlı dağları, ucsuz-bucaqsız çölləri, buz bulaqları və yaşıl meşələri canlanır. İllərdir Laçın deyəndə qəlbimiz kövrəlirdi. Çünki, ermənilər bizi ata-baba yurdumuza həsrət qoymuşdular. Bu həsrətin bitməsi üçün düz 28 il gözlədik. Vaxt-vədə yetişdi. Müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Amma Laçının əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. O ərazilər erməni vandalları tərəfindən tamamən məhv edilib. Rubrika.Az Geri qayıt |