Əsas Səhifə > Təhsil > 2021-ci il üzrə təhsil üzrə ayrılan xərclərin təyinatı məlum oldu

2021-ci il üzrə təhsil üzrə ayrılan xərclərin təyinatı məlum oldu


4-01-2021, 15:28
2021-ci il üzrə təhsil üzrə ayrılan xərclərin təyinatı məlum oldu

Azərbaycanda bu il dövlət büdcəsindən təhsil üzrə ayrılan xərclərin təyinatı məlum olub.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, bu il dövlət büdcəsindən təhsil üzrə 3 277 655 549 manat vəsait ayrılıb.

Həmin vəsaitin 319 352 315 manatı məktəbəqədər təhsil, 1 764 680 611 manatı ümumi təhsil, 51 143 908 manatı isə peşə təhsili üzrə xərclənəcək.

Rubrika.Az
Geri qayıt