Əsas Səhifə > Dünya > Putin və Merkel COVID-19-a qarşı birgə peyvənd istehsalını müzakirə etdilər

Putin və Merkel COVID-19-a qarşı birgə peyvənd istehsalını müzakirə etdilər


6-01-2021, 10:23
Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel COVID-19 pandemiyasına qarşı birgə mübarizə imkanlarını müzakirə ediblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Koronavirus pandemiyasına qarşı mübarizədə vaksinlərin birgə istehsalının mümkün perspektivləri vurğulanmaqla əməkdaşlıq məsələləri müzakirə edildi”,- deyə məlumatda qeyd edilib.

Tərəflərin bu mövzu ilə əlaqədar olaraq səhiyyə nazirlikləri ilə digər ixtisaslaşmış qurumlar arasında əlaqə saxlamaq barədə razılığa gəldikləri bildirilib.

Rubrika.Az
Geri qayıt