Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada koronavirusun statistikası
Azərbaycanda son sutkada koronavirusun statistikası7-01-2021, 16:42 |
|
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1 931 nəfər müalicə olunaraq sağalıb. Rubrika.Az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 27 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 222 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib. Hazırda 16 513 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 915, bu günə qədər isə ümumilikdə 2 241 908 test icra olunub. Rubrika.Az Geri qayıt |