Əsas Səhifə > Dünya > Tramp geri çəkildi – Yeni prezidentin rəsmən təsdiqlənməsinə reaksiya

Tramp geri çəkildi – Yeni prezidentin rəsmən təsdiqlənməsinə reaksiya


7-01-2021, 16:55
Tramp geri çəkildi – Yeni prezidentin rəsmən təsdiqlənməsinə reaksiya

ABŞ Prezidenti Donald Tramp Konqresin iclasında seçkilərin nəticələrinin Demokrat Co Baydenin lehinə rəsmi olaraq qeydə alındıqdan sonra açıqlama verib.

Rubrika.Az teleqraf.com-a istinadən xəbər verir ki, Tramp prezident seçkilərinin nəticələrinin əleyhinə olmasına baxmayaraq, yanvarın 20-də hakimiyyətin təhvil-təslim prosesinin nizamlı keçəcəyini deyib.

“Bu, prezidentlik tarixinin ən böyük ilk dövrünün sonunu təmsil etsə də, ABŞ-ı yenidən böyük etmək üçün apardığımız mübarizənin yalnız başlanğıcıdır”, - prezident qeyd edib.

Tramp tərəfdarlarının ABŞ Konqres binasına basqın etdikdən və iclasın keçirilməsinə mane olduqdan sonra yenidən toplanan Konqres Baydenin prezident seçkilərində qalib gəldiyini rəsmən təsdiqləyib.

Beləliklə ,Co Bayden rəsmi olaraq ABŞ-ın yeni prezidenti olub.

Rubrika.Az
Geri qayıt