Əsas Səhifə > Dünya > “Tramp Putinin köməkçisidir” - ABŞ Konqresinin spikeri

“Tramp Putinin köməkçisidir” - ABŞ Konqresinin spikeri


8-01-2021, 09:44
“Tramp Putinin köməkçisidir” - ABŞ Konqresinin spikeri

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın hərəkətlərini Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” adlandırıb.

Rubrika.Az xəbər verir ki, RİA “Novosti” məlumat verib.

“Bu prezident (Donald Tramp – Red) Putinin alətidir. Putinin məqsədi dünyada demokratiyanın rolunu, nüfuzunu azaltmaq idi. O bununla məşğul idi. Və bu istiqamətdə uzun müddət köməkçisi Donald Tramp olub. Prezident dünən Putinə hədiyyələrin ən böyüyünü verdi”- deyə, Pelosi keçirdiyi mətbuat konfransında deyib.

Rubrika.Az
Geri qayıt