Əsas Səhifə > Cəmiyyət > Bakıda ana və iki övladı heroin alverinə görə tutuldu
Bakıda ana və iki övladı heroin alverinə görə tutuldu8-01-2021, 10:20 |
|
Bakıda narkotacir və səkkiz müştərisi saxlanılıb. Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən Bülbülə qəsəbəsində yaşayan 1981-ci il təvəllüdlü Cavid Bayramov tutulub. Narkotik satışı ilə məşğul olan C.Bayramovun evindən 428 qram heroin, 2 kq qurudulmuş marixuana və 11 qram metamfitamin aşkar edilib. Aparılmış araşdırmalarla ondan narkotik alan səkkiz müştərisi də saxlanılıb və onların üzərindən heroin aşkar edilərək götürülüb. Belə ki, 1991-ci il təvəllüdlü Anar Səlimov, 1975-ci il təvəllüdlü Emil Əliyev, 1989-cu il təvəllüdlü Musa Əliyev, 1992-ci il təvəllüdlü Ülvi Mahmudov, 1976-cı il təvəllüdlü Səbinə Tanrıverdiyeva, 1997-ci il təvəllüdlü Fatma Tanrıverdiyeva, 2001-ci il təvəllüdlü Samir Tanrıverdiyev və 1989-cu il təvəllüdlü Novruz Seyfullayevdən müxtəlif çəkilərdə heroin aşkar edilərək götürülüb. Müştərilərdən Fatma və Samir bacı-qardaş, Səbinə Tanrıverdiyeva isə onların anasıdır. Narkotacir Cavid Bayramov əvvəllər də narkotik satışına görə məhkumluq yaşayıb. Rubrika.Az Geri qayıt |