Əsas Səhifə > Dünya > “ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır” - Ərdoğan
“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır” - Ərdoğan8-01-2021, 15:25 |
|
“ABŞ-da baş verən hadisələr bütün bəşəriyyəti heyrətləndirib”. Rubrika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. “ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır. Toqquşmalarda ölənlərin ailələrinə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb. Ərdoğan yanvarın 20-də hazırkı Prezident Donald Trampın vəzifəsini qanun çərçivəsində yeni seçilmiş Prezident Co Baydenə təhvil verəcəyinə ümid etdiyini qeyd edib. (APA) Rubrika.Az Geri qayıt |