Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 19 nəfər koronavirusdan öldü, 601 yeni yoluxma - Foto
Azərbaycanda daha 19 nəfər koronavirusdan öldü, 601 yeni yoluxma - Foto10-01-2021, 22:20 |
|
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 1593 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 224 651 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib, aktiv xəstə sayı 13 061 nəfərdir. Ölkədə son sutka ərzində 8 368, hazırkı dövrədək isə 2 267 923 test aparılıb. Rubrika.Az Geri qayıt |